Bu gün, 10:48 73

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Ötən həftə ana ilə qızının eyni ildə ali məktəbdən məzun olması xəbəri medianın maraq doğuran mövzusuna çevrildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Aygün Qasımova və Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini bitirən qızı Nərmin Qasımovanın məzun fotoları sosial platformalarda da böyük maraqla qarşılandı.

Bu, təkcə iyirmi il gecikmiş bir arzunun gerçəkləşməsi deyil, həm də ailə dəstəyinin gücü və təhsilin insan həyatını dəyişən təsirindən yoğurulan həyat hekayəsidir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Redaksiyamızda qonaq olan məzunlar bu hekayəni özləri danışdılar.

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

"Amma ürəyimdə oxumaq arzusu qalmışdı"

Aygün Qasımovanın həyatı həqiqətən ürəyində oxumaq arzusu olan, amma müxtəlif səbəblərdən bunu reallaşdıra bilməyən xanımlar üçün əsl örnəkdir. O bu arzusuna nə az-nə çox, düz 20 ildən sonra çatıb. Təbii ki, illər sonra təhsilə qayıtmaq qərarı həm cəsarət, həm də böyük iradə tələb edirdi:

"Sabirabadda müəllim ailəsində doğulmuşam. İbtidai sinif müəllimim anam olub. Uşaq vaxtı ona "müəllim ana" deyirdim. Atam riyaziyyatçı olduğundan mənim də riyaziyyatçı olmağımı istəyirdi. Orta məktəbi bitirəndən sonra sənədlərimi ali məktəbə versəm də, az bal topladığım üçün qəbul ola bilmədim. Amma bu arzu məni tərk etmədi".

A.Qasımova sonradan ailə qurduğu üçün arzusunun arxasınca gedə bilməyib. Özünü ailəsinə həsr edib. Üç övladı dünyaya gəlib, onların tərbiyəsi, qayğıları ilə məşğul olub:

"Amma ürəyimdə oxumaq arzusu qalmışdı. Həmişə psixoloji şəxsi inkişaf kitabları alıb mütaliə edirdim. Böyük qızım Nərmin universitetə hazırlaşanda oxumaq arzum daha da gücləndi. İnsanın həyata keçməyən arzusu içində natamamlıq hissi yaradır. Son illər bu hiss məni daha çox narahat edirdi. Ailəmdə heç bir problemim yox idi, maddi vəziyyətimiz də yaxşı idi. Amma içimdəki boşluğu hiss edirdim. Qızım hazırlaşan vaxt - "mən də oxumaq istəyirəm", - deyəndə yoldaşımın: "səni dəstəkləyirəm", - deməsi əsl motivasiya oldu. O özü də vaxtilə qəbul imtahanından kəsilmişdi. Atası, qardaşı həkim idi, o isə təhsilini davam etdirə bilməmişdi, ticarətlə məşğul olurdu. Oxumaq arzusu onu da tərk etməmişdi. Buna görə də bizim təhsilimiz üçün çalışdı".

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

"Qızıma "mən də səninlə birlikdə hazırlaşım", - dedim"

Qızı Nərmin qəbula hazırlaşanda Aygün xanım da masanın digər başında oturub:

"Nərmin 10-cu sinifdə oxumağa başlayanda - "mən də səninlə birlikdə hazırlaşım", - dedim. Buna daxilən hazır olduğumu hiss etdim. Kiçik qızımı məktəbəhazırlığa aparıb onu çöldə gözləyəndə vaxtımın boşa getməməsi üçün "YouTube"dan dərslərə baxırdım. Eyni zamanda, rus dili fənni üzrə hazırlığa gedir, 11-ci sinif uşaqları ilə birlikdə hazırlaşırdım. Sonradan o uşaqların hamısından çox bal topladım. Evdə də digər fənlərə özüm hazırlaşır, bilmədiklərimi Nərmindən soruşurdum. Buraxılış imtahanından 180-dən çox bal topladım. Blok imtahanını da verib ümumi 389 balla ADPU-da təhsildə sosial psixologiya xidməti ixtisasını seçdim".

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

A.Qasımovanın hekayəsi ürəyində oxumaq arzusu olan, amma bu addımı atmağa cəsarət etməyən və ya sonraya saxlayan adamlar üçün gözəl nümunədir:

"Mən Salyan rayonunda yaşayırdım. Çöl-bayır tanımırdım. Birdən-birə əyani oxumaq istəyim hamıya təəccüblü gəldi. Amma öz içimdə artıq buna hazır idim. İnsanın hədəfi olanda onu heç nə qorxutmur. Bir addım atanda artıq bütün qapılar və fürsətlər sənə açılır. Ətrafda da səni dəstəkləyən insanlar çıxır. Əgər bu sənin xəyalındırsa, cəsarət göstərməlisən".

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Sonrakı mərhələdə Aygünün həyat yoldaşı da ailəsi üçün fədakarlığını davam etdirib: özü rayonda yaşayıb işləsə də, Bakıda onlar üçün mənzil alıb, maddi və mənəvi dəstəyini əsirgəməyib:

"Kiçik qızımı 1-ci sinfə yola saldım, özüm də universitetin 1-ci kursunda təhsil almağa başladım".

A.Qasımova ali məktəbi oxuduğu qrupdan məzun olan 26 nəfər arasında fərqlənmə diplomu alan dörd məzundan biri kimi başa vurub. O, "Heç vaxt gec deyil!" fikirlərini həyat şüarına çevirib:

"Gecdir" sözü insanın öz beynində qoyduğu sərhəddir. Öz istəyinin ardınca getmək istəyəndə elə bil gözəgörünməz bir əl hər şeyi yoluna qoyur. "Mən o yaşda oxumalıydım, bu yaşda yox", - deyə bir qayda yoxdur. Həyatı canlı yaşamaq istəyirsənsə, istəyini reallaşdıranda o canlılıq da həyatına qatılır. Mən oxumağa başlayanda elə bil ikinci həyatı yaşadım. Bu, yeni bir həyat idi".

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

"Bu yaşda oxumağı neynirsən?"

A.Qasımova deyir ki, illər sonra ali məktəbə qəbul olmasına birmənalı yanaşmayanlar da olub:

"Yaşlı vaxtında oxumağı neynirsən?" - deyənlər də vardı. Atam - "Sən ailənə çox bağlısan, qiyabi oxusan daha yaxşıdır. Fikrin uşaqlarının yanında qalacaq", - dedi. Amma mən tələbə həyatını hiss etmək istəyirdim. İşimi planlı qurdum və öhdəsindən gəldim. Digər iki qızım da əlaçıdır. İçimdəki reallaşmayan arzuya can verdim, o da mənə enerji verdi. Məncə, "hər şərait düzəlsin, sonra arzumun dalıyca gedim", - deyə düşünmək yanlışdır. Oxumaq mənim həyatımda çox şeyi dəyişdi. Sevinirəm ki, ali məktəbə qəbul olmağım çox insana motivasiya oldu".

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Psixoloq işləmək haqqında düşünür

A.Qasımova hazırda psixoloq işləmək haqqında düşünür:

"Yoldaşım magistraturada da oxu", - deyir. Amma mən işləmək, ailəmə dəstək olmaq istəyirəm. Hazırda Proqramlaşdırma və İnformatika Qruplarına (PİQ) imtahan vermək üçün hazırlaşıram. Təcrübə müddətində müşahidə etdim ki, məktəblərdə bu işə böyük ehtiyac var. Mərkəzlərdə işləmək üçün vakansiyalara baxanda əsasən 40 yaş həddi ilə qarşılaşırsan. Dövlət məktəblərində isə belə bir məhdudiyyət yoxdur".

Heç vaxt unudulmayacaq gün

Qızı Nərmin isə hazırda magistratura imtahanı verib ixtisas seçimini gözləyir:

"Anam mənim dostumdur. Birgə tələbə olmağımız bizi həm də dostlaşdırdı".

Nərmin "Məzun günü"nü qürurla xatırlayır:

"Bu, həyatımızda heç vaxt unutmayacağım gün oldu. Bizi məzun çəkilişi üçün Filarmoniya bağına aparmışdılar. Təsadüfən anamgilin də qrupunu o bağa gətirdilər. Təsadüfən hər ikimiz məzun mantiyası və papağında bağda görüşdük və birgə foto çəkdirdik. Bu, qürur dolu bir an idi…"

Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu

Paylaş

Xəbər lenti

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI Bu gün, 10:48 Raket və PUA hücumları - Küveyt hava limanında uçuşlar dayandırıldı Bu gün, 10:48 Suverenlik strategiya kimi: Əliyevin Şuşadan mesajları Bu gün, 10:48 DÇ-2026: Bu gecə mundialın üçüncüsü bilinəcək - Fransa ilə İngiltərə üz-üzə Bu gün, 10:48 Ana qızı ilə eyni ildə ali məktəbi bitirdi: 20 il sonra gerçəkləşən arzu Bu gün, 10:48 Xırdalanda yaşayış binasında YANĞIN OLUB Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır Bu gün, 09:48 CENTCOM: İrana qarşı hücumların yeddinci gecə mərhələsi başa çatıb Bu gün, 09:48 BDYPİ-dən istirahət üçün bölgələrə gedənlərə VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib Bu gün, 09:48 Malatyada 5 bal gücündə zəlzələ olub Bu gün, 09:48 İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib Bu gün, 00:48 Bakıda yağış yağacaq, şimşək çaxacaq Bu gün, 00:48 2026-cı ilin sonunda varlanacaq bürclər Bu gün, 00:48 Brent neftinin qiyməti 12 iyundan ilk dəfə olaraq 88 dolları ötüb Dünən, 23:48 2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq Dünən, 23:48 Bakıda qurumuş ağacın budaqları avtomobilin üzərinə aşıb Dünən, 23:48 Azərbaycanda rejissor vəfat etdi Dünən, 23:48 Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub Dünən, 23:48 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 22:48 Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib Dünən, 22:48 Çinin Çuntsin şəhərində dağ uçqunu nəticəsində 8 nəfər ölüb Dünən, 22:48 "Sumqayıt" Abdul Raşid Mumini ilə müqaviləyə xitam verdi Dünən, 22:48 Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb Dünən, 21:49 Bakıda zəncirvari qəza Dünən, 21:49 Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib Dünən, 21:48 Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib Dünən, 21:48 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib Dünən, 21:48 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb Dünən, 21:48 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Dünən, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Dünən, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Dünən, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Dünən, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Dünən, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Dünən, 19:48 Tramp İranda yeni hədəf göstərdi Dünən, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Dünən, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Dünən, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Dünən, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Dünən, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Dünən, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Dünən, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Dünən, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Dünən, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Dünən, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Dünən, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Dünən, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Dünən, 17:50

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR