
UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – ÇSKA Sofiya (Bolqarıstan) qarşılaşmalarını idarə edəcək hakim briqadaları açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, ilk görüş iyulun 23-də Bakıda baş tutacaq və oyunda baş hakim funksiyasını italiyalı Daniele Çiffi yerinə yetirəcək. Ona həmyerlilərindən ibarət hakimlər briqadası kömək edəcək.
Bir həftə sonra Sofiyada keçiriləcək cavab qarşılaşması isə belçikalı referi Bram Van Drişşenin idarəçiliyinə həvalə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.