
Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər - sürücü Q. Vahidov, sərnişinlər Ə. Əzizov, E. Ömərov və C. Ağayev xəsarətlər alıblar.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.