
İranın yeni ali lideri Müctəba Xameneinin vəzifəyə başladıqdan sonra ilk beynəlxalq təmasının Rusiya Prezidenti Vladimir Putinlə baş tutacağı ehtimal edilir.
AVESTA.AZ TASS agentliyinə istinadən xəbər verir ki, bu təmas telefon danışığı və ya birbaşa görüş formatında reallaşa bilər.
"Rusiya bizə yaxın ölkədir, Vladimir Putin isə İslam Respublikasının yaxın dostudur. Buna görə də ilk zəngin və ya ilk görüşün məhz Putinlə olması mümkündür", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Müctəba Xameneinin hələlik ictimaiyyət qarşısına çıxmaması ölkədə davam edən təhlükəsizlik vəziyyəti və hərbi amillərlə bağlıdır.
Qeyd edək ki, ABŞ və İsrailin İrana endirdiyi raket zərbələri zamanı Əli Xameneinin həlak olmasından sonra Müctəba Xamenei İranın yeni ali lideri vəzifəsinə gətirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.