
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyaya məxsus iki tankeri vurduğunu bəyan edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı Azov dənizində yerləşən üzən kran, Zaporojye vilayətində "Buk" zenit-raket kompleksi və Donetsk vilayətində Rusiya ordusunun hərbi logistika məqsədilə istifadə etdiyi avtomobil körpüsü də hədəfə alınıb.
Rəsmi Kiyev bildirib ki, əməliyyatlar Rusiyanın hərbi-logistika imkanlarını zəiflətməyə yönəlib və bu cür zərbələr bundan sonra da davam etdiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.