
Kürdəmirdə iki iritutumlu yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistral avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi "Mercedes" markalı yük avtomobili qarşıda hərəkətdə olan, Yevlax rayon sakini Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.
Toqquşma nəticəsində yük avtomobillərindən biri aşıb, nəqliyyat vasitəsindəki yüklər yola dağılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.