
Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.
Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.