
"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır.
BAKU.WS xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.
Qarşılaşma "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.
Xatırladaq ki, cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.