
ABŞ-ın müdafiə naziri Lloyd Ostin müdafiə tərəfdaşlığının gücləndirilməsini müzakirə etmək üçün yaxın həftələrdə Cənubi Koreya və Filippinə səfər edəcək.
“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü, Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.
“Bu qarşıdan gələn səfər azad və açıq Hind-Sakit Okean üçün ümumi vizyonu inkişaf etdirmək üçün müttəfiqlər və tərəfdaşlarla birlikdə işləməyə dair dərin öhdəliyimizi bir daha təsdiqləyir”, - deyə, o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.