
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından AVESTA.AZ-ə verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaqlar.
Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.