
Abşeron rayonunun Hökməli qəsəbəsində zibil və üfunət qoxusundan dayanmaq mümkün deyil.
Bu barədə AVESTA.AZ-in "qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, qəsəbənin beton yola çıxan ərazisində böyük marketin yaxınlığı zibilliyə çevrilib.
Yığılan tullantılar ərazidən vaxtında götürülmədiyindən konteynerlər aşıb-daşır.
Şikayətçilərin sözlərinə görə, xeyli müddətdir üfunət qoxusu səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil.
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.