
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.
Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri müvafiq əmr imzalayıb.
ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.