
İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirilib. Bölgənin böhran vəziyyətləri idarəsinin rəhbəri Hamed Səfəri mərminin qeyri-yaşayış ərazisinə düşdüyünü bildirib. Ölən və ya yaralananlar barədə xəbər verilməyib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, daha sonra İran mediası hücumun ABŞ tərəfindən həyata keçirildiyi barədə məlumat yayıb. Raket zərbəsinin hədəfi sözügedən vilayətdə yerləşən Piranşəhr şəhəri olub.
ABŞ-İran münaqişəsinin növbəti kəskinləşməsi iyulun 8-də başlayıb. Birləşmiş Ştatların silahlı qüvvələri Vaşinqtonla Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə bir neçə zərbə endirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.