2-08-2026, 13:48 29

Kartdan-karta köçürmələrə limit qoyuldu

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.

BAKU.WS FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara ("card-to-card") limitlər tətbiq edilib.

Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib.

Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.

Amma ictimaiyyəti maraqlandıran əsas limitlər kartdan karta köçürmələrlə bağlıdır.

Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir.

Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib.

Bank müştərisinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb.

Xatırladaq ki, kartla əməliyyat üzrə hazırlanmış şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim edilib.

Digər tərəfdən, yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadə oluna bilər.

Kartdan karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Hökumətin və Mərkəzi Bankın mövqeyi bundan ibarətdir ki, bu limitlər ilk növbədə şəffaflığın artırılması və fırıldaq hallarının azaldılması məqsədi daşıyır. Digər tərəfdən, yeni qaydalar vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.

Qeyd edək ki, bu qərarla bağlı təkcə Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərə bu barədə heç bir xəbərdarlıq etməyib.

Paylaş

Xəbər lenti

Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48 Lavrov Azərbaycana təşəkkür etdi Bu gün, 15:48 Saleh Səmədova hökm oxundu Bu gün, 15:48 İstanbulda güclü yağışlar səbəbindən 46 təyyarə başqa hava limanlarına yönləndirildi Bu gün, 15:48 Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi Bu gün, 14:48 Bakı bulvarında diqqətçəkən MƏNZƏRƏ Bu gün, 14:48 Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 14:48 Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm Bu gün, 14:48 Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik Bu gün, 14:48 Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır Bu gün, 14:48 Qatlanan iPhone modelinin təmir qiyməti dodaq UÇUQLATDI Bu gün, 14:48 Kartdan-karta pul köçürmələri ilə bağlı Mərkəzi Bankdan xəbərdarlıq Bu gün, 14:48 Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib Bu gün, 14:48 Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik Bu gün, 14:48 Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb Bu gün, 13:48 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı Bu gün, 13:48 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb Bu gün, 13:48 Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib Bu gün, 13:48 Bu rayonda məktəblər TƏMİR OLUNACAQ Bu gün, 13:48 İlon Mask Zelenskini istefa verməyə çağırdı Bu gün, 13:48 İranla müharibə yenidən alovlana bilər: ABŞ-nin planında nəhəng bomba Bu gün, 13:48 "Kızılcık Şerbeti"ni tərk edən aktrisa yenidən qayıdır Bu gün, 13:48 96 yaşlı qadın 18 yaşlı bəylə evləndi Bu gün, 13:48 ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub Bu gün, 13:48 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı Bu gün, 12:49 SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 12:49 Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq Bu gün, 12:49 Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 12:48 İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi Bu gün, 12:48 Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR