
Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) mükafatlandırılıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı gümüş medala sahib çıxıb.
Bundan başqa, Benyamin Mayvan (İran) qızıl , İslam Kurakmaev (Rusiya) və Masamune Uşimadoya (Yaponiya) bürünc medal təqdim edilib.
Mükafatları idmançılara Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin vitse-prezidenti Rodika Mariya təqdim ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.