
2026–2027-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Bildirilib ki, bu yanaşmanın növbəti illərdə mərhələli şəkildə yuxarı siniflərə də tətbiqi planlaşdırılır.
Qeyd edək ki, indiyə qədər analoji qayda 5 və 6-cı siniflərə aid idi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.