
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma nəticəsinə görə, təmsilçimiz III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.