3-08-2026, 17:48 8

Mariya Stadnik:

17 yaşadək qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Mariya Stadnik Bakıda keçirilən dünya çempionatında qeydə alınan uğursuz nəticələrə görə məsuliyyəti öz üzərinə götürüb.

AVESTA.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında 38 yaşlı mütəxəssis bildirib.

Yay Olimpiya Oyunlarının 4 qat mükafatçısı Bakıda təşkil olunan mundialın nəticələrindən razı qalmadığını bildirib:

"Əlbəttə, əldə olunan nəticə bizi qane etmir. Daha yüksək nəticələr gözləyirdik və böyük məşqçi kimi məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm. Bununla yanaşı, vəziyyəti yalnız bir yarışın nəticələrinə əsasən qiymətləndirməyi və ya 9 idmançının sadəcə öz potensialını göstərə bilmədiyini söyləməyi doğru hesab etmirəm. Dünya çempionatına hazırlıq mürəkkəb və çoxşaxəli bir prosesdir. Nəticəyə texniki və taktiki hazırlıq, yarış təcrübəsi, fiziki və psixoloji durum, məşq prosesinin keyfiyyəti, eləcə də hər bir idmançı ilə aparılan fərdi iş kimi bir çox amillər təsir göstərir."

Stadnik hazırlıq prosesində çatışmazlıqların olduğunu etiraf edib:

"Bir neçə təlim-məşq toplanışı keçirdik. Lakin artıq aydındır ki, qadın güləşində bu gün mövcud olan yüksək rəqabət səviyyəsi üçün bu hazırlıq kifayət etməyib. Komandaya daha çox beynəlxalq turnirlərdə iştirak imkanı, daha keyfiyyətli fərdi, texniki hazırlıq və idmançıların ilboyu sistemli şəkildə hazırlanması lazımdır. Hazırlıq yalnız əsas yarış ərəfəsində deyil, il ərzində davam etməlidir".

Onun sözlərinə görə, idmançılar məğlubiyyətlərdən nəticə çıxarmalıdır:

"Məğlubiyyətlərə bəraət qazandırmaq istəmirəm. Əksinə, bu dünya çempionatı bizim üçün ciddi təhlil aparmaq və buraxdığımız səhvləri aradan qaldırmağa başlamaq üçün mühüm bir mərhələdir. Artıq hansı istiqamətlərdə işləməli olduğumuzu dəqiq görürük".

Stadnik növbəti yarışlarda komandanın daha güclü çıxış edəcəyinə inandığını söyləyib:

"Bəli, buna inanıram. Amma hesab edirəm ki, medalları sözlə vəd etmək düzgün deyil. Hər bir nəticə yalnız gündəlik, məqsədyönlü və sistemli zəhmətin bəhrəsi ola bilər."

O, komandanın potensialına inandığını da diqqətə çatdırıb:

"Komandada istedadlı idmançılar və böyük potensial var. İndi əsas vəzifəmiz onların hazırlığını düzgün təşkil etmək, komanda daxilində rəqabəti artırmaq, idmançılara daha çox beynəlxalq təcrübə qazandırmaq və texniki hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməkdir."

Sonda böyük məşqçi dünya çempionatını komanda üçün vacib dərs adlandırıb:

"Mən bu dünya çempionatını son nəticə kimi deyil, bizim üçün çox ciddi dərs kimi qiymətləndirirəm. Əminəm ki, düzgün nəticələr çıxarıb sistemli şəkildə çalışsaq, növbəti yarışlarda tamaşaçılar tamamilə fərqli, daha güclü bir komanda görəcəklər".

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət U-17 yığması dünya çempionatına 9 idmançı ilə qatılıb. Komanda Milli Gimnastika Arenasında təşkil olunan turniri mükafatsız başa vurub.

Paylaş

Xəbər lenti

Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR