
UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.