19-01-2023, 21:46 464

Laurentsiu Regekampf:

"Komandaya daha 2 yeni futbolçu cəlb olunacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Antalya şəhərində Serbiyanın "Srvena Zvezda" komandasına 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

48 yaşlı mütəxəssis bildirib ki, transfer siyahısında daha bir vinger və hücumçu var: "Qarşıdakı günlərdə onların da keçidini bitirəcəyimizə ümid edirik. Eyni zamanda, əlimdə olan bütün futbolçuları çempionata 100 faiz hazırlamaq istəyirəm".

O, yeni transferlər - Höccət Haqverdi ilə Kilan Lebonun komandaya kömək edəcəklərinə inandığını söyləyib: "Bu gün bizə yeni futbolçu qoşulub. Düşünürəm ki, yaxşı oyunçudur. Son 6 ay ərzində yaşadığımız çətinliyi aradan qaldıracaq. Bizə irəlidə top istəyən futbolçu lazım idi. İnanıram ki, bunun öhdəsindən gələcək. Höccət elə futbolçudur ki, onun da bizə çox köməyi dəyəcək".

Yusuf lavalın gedişinə də toxunan rumıniyalı baş məşqçi futbolda bu cür halların baş verməsini normal qəbul etdiyini vurğulayıb: "Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq. Amma yeni çağırış istəyirdi. Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. "Lazımi mövqeləri gücləndirməliyik. Lavalın gedəcəyi ağlıma belə gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm. Onun mövqeyinə elə oyunçu gətirməliydik, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq. İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək".

Regekampf qarşıdakı 6 ayda yaxşı komanda qurmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiklərini bildirib: "Təlim-məşq toplanışında neqativ məqamlar da olur. Amma indi bu barədə danışmaq istəmirəm. Bəzi oyunçularda mikro-zədələr oldu. Onların hamısından eyni vaxtda məşqlərdə istifadə bilmirdik. Buna baxmayaraq, böyük təcrübəyə və keyfiyyətə malikdirlər. Ümid edirəm ki, ilk rəsmi oyunumuzda formalarının pik nöqtəsində olacaqlar və qələbə qazanmağımıza kömək edəcəklər".

O, "Srvena Zvezda" ilə yoldaşlıq oyununu zədəsiz bitirdikləri üçün sevincini gizlətməyib: "İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birlikdə oynadılar. Mahmudov 3 gündür məşq etmirdi. Hər ikisi matçı zədəsiz bitirdi. "Sabah"la matça kimi bir neçə günümüz qalıb. Çox yaxşı hazırlaşmalıyıq. Nikbinəm, çünki bütün futbolçular sərəncamımdadır. Sadəcə, Eddi İsrafilov üçün darıxırıq. Qarşıdakı 2-3 rəsmi oyunda bizimlə olmayacaq. Ümid edirik ki, tezliklə komandaya qoşulacaq".

Hazırlıq prosesini də dəyərləndirən mütəxəssis yoxlama görüşlərindəki rotasiyaların səbəbini açıqlayıb: "Bugünkü matçı çıxmaq şərtilə, əvvəlki oyunlarda orta xətdə oynatmağa futbolçum yox idi. Bəzən bu cür dəyişikliklərin komandaya xeyri olur. Hamısı təcrübəli futbolçudur. Fərqli mövqelərdə oynamağa öyrəşməlidirlər. Toplanışda yerli gənclərə çox şans verdik. Onların inkişaf etdiiyni düşünürəm. Müsbət məqamlardan biri Sezar Meza Kollinin zədədən qaıytmasıdır. Vato Arveladzeni da qeyd edə bilərəm. Son iki matçda az da olsa oynaya bildi. Komandanı addım-addım düzəltməyə və yaxşı kollektiv yaratmağa çalışırıq. Gəncləri gələcək oyunlara hazırlayıram. Onlara şans verdikdən sonra inkişafı görürük. Ümid edirəm ki, hər gün yeni şeylər öyrənəcəklər".

Regekampf heyətdəki problemlərdən də söz açıb: "Fikrimcə, oyunçularımız hazırdırlar. Amma hər gün nəsə baş verir. Azər Salahlı xəstələndi. Emin Mahmudovda xırda problem var idi, sonradan böyüdü. Eyni sözləri Eddi İsrafilov haqqında deyərdim. Əsas oyunçuları digərləri ilə əvəzləmək asan deyil. "Şamaxı" ilə matçdan sonra dediyim kimi, komandanı kökündən dəyişməyə ehtiyac yoxdur. Əsas məqsədimiz sabit oynamaq və ailə olmaqdır".

Baş məşqçi bu mövsümdəki məqsədlərinin ölkə kubokunu, əsas hədəflərinin isə çempionluğu qazanmaq olduğunu əlkavə edib: "Kubokda şansımız yüksəkdir, çünki iddialılar uduzublar. Qalan komandalara da hörmətlə yanaşırıq. Asan olmayacaq".

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR