
Bakıda motosikletlə minik maşını toqquşub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, hadisə 10:30 radələrində, paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsində qeydə alınıb.
Hadisə şahidinin sözlərinə görə, qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb və təcili yardımla xəstəxanaya aparılıb.
Ərazidən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.