
Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Türkan qəsəbəsində minik avtomobili yük maşını ilə toqquşub.
Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Şahbazzadə Elşad Rəşad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.