4-08-2026, 21:48 0

Gecə klubunun qarşısında törədilən qətllə bağlı YENİ DETALLAR

Gecə klubunun qarşısında baş vermiş qətldə təqsirləndirilən H.M.-nin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin sərbəst ifadəsi dinlənilib.

H.M. ifadəsində uzun illər idmanla məşğul olduğunu və mühafizəçi işlədiyini bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gün - dekabrın 31-də saat 23 radələrində işlədiyi obyektdə xidmət aparırmış.

"Sonradan adının Elvin olduğunu öyrəndiyim şəxs iki xanım və dostları ilə obyektə gəlmişdi. Qardaşım mənə zəng edib dostları ilə gəlmək istədiyini dedi. Mən də onu qarşılamaq üçün çölə çıxdım. Həmin vaxt obyektin qarşısında dava düşdüyünü gördüm və yaxınlaşıb nə baş verdiyini soruşdum. Bildim ki, Elvin onunla gələn xanımlardan birini vurub. Ona yaxınlaşıb sakitləşməsini xahiş etdim. Dedim ki, bayram günüdür, problem yaratmasın. O isə əsəbiləşərək "Sən niyə mənim yox, onun tərəfini tutursan?" dedi", - deyə təqsirləndirilən şəxs bildirib.

H.M.-nin sözlərinə görə, o, heç kimin tərəfini tutmadığını desə də, qarşı tərəf onu hədələməyə davam edib.

"O, dəfələrlə məni öldürəcəyini deyirdi. Mən də təhlükədən ehtiyatlanaraq obyektin mətbəxindən bıçaq götürüb qolumda gizlətdim. Məqsədim özümü qorumaq idi. Sanitar qovşağından çıxanda Elvin və iki dostunu qarşımda gördüm. Elvinin əlində bıçaq var idi. Mənə nalayiq ifadələr işlətdi. Sonra üçü birlikdə üstümə gəlib məni döyməyə başladılar. Burnum qanadı, dişlərim sındı. Elvin əlindəki bıçağı mənə tərəf atanda artıq özümü itirdim. Onu nə vaxt və necə vurduğumu xatırlamıram. Daha sonra könüllü şəkildə polisə təslim oldum", - deyə o əlavə edib.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi R.T. də ifadə verib.

O bildirib ki, hadisə Yeni il gecəsi baş verib.

"Həmin gün Elvin evdə anası və bacısı ilə bayramlaşdı, sonra dostları ilə görüşəcəyini deyərək evdən çıxdı. Gecə saat 02:30-a qədər yazışırdıq. Anası narahat olub ona zəng etdi. Telefonu açan müstəntiq oğlunun vəfat etdiyini və meyitin morqda olduğunu dedi. Mən baş verənləri qarşılıqlı xuliqanlıq kimi qiymətləndirirəm. Elvinin dostu Ülvini qınayıram. O, ayıq vəziyyətdə idi və davanın qarşısını ala bilərdi", - deyə zərərçəkmişin hüquqi varisi bildirib.

Məhkəmə prosesi sentyabrın 7-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 1-də gecə saat 02 radələrində Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında baş verib.

İstintaq materiallarına əsasən, 36 yaşlı H.M. ilə 32 yaşlı E.R. arasında əvvəlcə klubda mübahisə yaranıb. Daha sonra dava obyektin qarşısında davam edib və H.M. E.R.-yə bıçaqla xəsarət yetirib. Ağır yaralanan E.R. xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədən sonra H.M. polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Paylaş

Xəbər lenti

Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Bu gün, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Bu gün, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Bu gün, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Bu gün, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Bu gün, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Bu gün, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Bu gün, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Bu gün, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Bu gün, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Bu gün, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Bu gün, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Bu gün, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Bu gün, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Bu gün, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Bu gün, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Bu gün, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Bu gün, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Bu gün, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Bu gün, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR