
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 8 Noyabr prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Kərimov Nicat Elman oğlunu vurub.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, soltərəfli bazu və baldır sümüklərinin yerdəyişən açıq sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.