
"Trabzonspor"un yeni transferi Məhəmməd Salahın ailəsi ilə birlikdə yaşayacağı dəbdəbəli villa məlum olub.
BAKU.WS xəbər verir ki, futbolçu Trabzonun Yalıncak bölgəsində yerləşən villanı bəyənib və yaxın vaxtlarda ailəsi ilə birlikdə ora köçəcəyi bildirilir.
Məlumata görə, ümumi sahəsi 975 kvadratmetr olan villada 8 otaq və 6 hamam otağı var. Evin daxilində qapalı hovuz, sauna, idman zalı, kinoteatr otağı, iş otağı və qış bağı da yerləşir.
Bundan başqa, villanın geniş həyətində xüsusi hovuz, yay mətbəxi, uşaq oyun meydançası, hobi bağı və istirahət zonaları yaradılıb. Mənzil həmçinin "ağıllı ev" sistemi, təhlükəsizlik kameraları və yerdən isitmə sistemi ilə təchiz edilib.
Qeyd edək ki, Məhəmməd Salah ilk günlərdə Trabzonda hotellərdən birinin kral nömrəsində qalıb. Onun ailəsinin də yaxın günlərdə şəhərə gələrək yeni villaya köçəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.