
Rusiya Minifutbol Assosiasiyasının prezidenti Emil Əliyev təşkilatın hesabat-seçki konfransı zamanı yenidən bu vəzifəyə layiq görülüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Emil Əliyev növbəti beşillik dövr üçün assosiasiyanın prezidenti seçilib.
Əliyev 2011-ci ildən Rusiya Minifutbol Assosiasiyasına rəhbərlik edir. O, 2016 və 2021-ci illərdə də bu vəzifəyə yenidən seçilib. Əliyev daha əvvəl, 2003-cü ildən Superliqanın icraçı direktoru vəzifəsində çalışıb, 2005-ci ildə isə Rusiya Minifutbol Assosiasiyasının baş direktoru olub.
Qeyd edək ki, Emil Əliyev əslən Bakıdandır. O, 1978-ci ildə Azərbaycan paytaxtında anadan olub. Pedaqoji elmlər doktoru, professor, Rusiyanın əməkdar bədən tərbiyəsi xadimi olan Əliyev həmçinin bədən tərbiyəsi və idman sahəsində bir sıra elmi əsərlərin müəllifidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.