
Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.
AVESTA.AZ "Unikal"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.
R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.
Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.