
Demokratik Konqo Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 2011-ə yüksəlib. Ölkədə qeydə alınan ümumi yoluxma hallarının sayı isə 4381-ə çatıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Konqo Xalq Sağlamlığı İnstitutunun yaydığı son məlumatda bildirilib.
Məlumata görə, Ebola virusuna yoluxma halları ölkənin beş əyalətində qeydə alınıb.
Səhiyyə rəsmiləri hazırkı epidemiyanı indiyədək ölkədə ən sürətlə yayılan Ebola epidemiyası kimi qiymətləndirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.