
Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası Avto FM ilə əməkdaşlıq memorandumu imzalayıb.
BAKU.WS xəbər verir ki, memorandum çərçivəsində tərəflər qarşılıqlı olaraq biri birinin layihələrində iştirak edəcək.
Bundan əlavə memoranduma əsasən, 24 sentyabrdan etibarən həftəiçi hər gün saat 13:00-14:00 arasında Avto FM-də "1-dən 2-ə" verilişi yayımlanacaq. Verilişdə yalnız rəsmi dillerlərin nümayəndələri iştirak edəcəklər. Veriliş zamanı dinləyicilər onları maraqlandıran suallara rəsmi şəxslərdən cavab ala biləcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.