
Siyəzəndə kafedə meyit tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 11-də Siyəzən şəhərinin ərazisində yerləşən kafedə baş verib.
Kafenin sanitar qovşağında Quba sakini 1947-ci il təvəllüdlü Eldar Babayevin meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.