
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" və "Dinamo Kiyev" cavab oyununda üz-üzə gələcək.
BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmada bukmekerlər "Qarabağ"ı favorit hesab edirlər.
Ağdam klubunun əsas vaxtda qələbəsinə 2.00, "Dinamo Kiyev"in qələbəsinə 3.38, heç-heçəyə isə 3.65 əmsal verilib.
Hər iki komandanın qol vuracağına verilən əmsal isə 1.71 təşkil edir.
Qeyd edək ki, ilk oyunda "Dinamo Kiyev" 1:0 hesabı ilə qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.