
Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins bazar günü hakim Leyborist Partiyasının və ölkənin yeni lideri seçilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.
Gözlənildiyi kimi, Hipkinsin Yeni Zelandiya Leyborist Partiyasının yeni lideri seçilməsindən dərhal sonra Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin yeni, 41-ci baş naziri and içəcək.
Yanvarın 25-i yeni hökumət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.