
"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula 1" üzrə 2026-cı il dünya çempionu titulunu qazanıb.
BAKU.WS xəbər verir ki, 20 yaşlı pilot mövsümün 19-cu yarışı olan Meksika Qran-prisini üçüncü pillədə başa vuraraq tarixə düşüb.
Mexiko şəhərindəki Hermanos Rodriges trasında keçirilən yarışda "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci, "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton isə ikinci olub.
Bu mövsüm doqquz mərhələdə qalib gələn Antonelli çempionluğu mövsümün başa çatmasına dörd yarış qalmış təmin edib.
Yarışın 45-ci dövrəsində Valtteri Bottasın bolidinin sol ön təkəri partlayıb. Nəticədə pilot idarəetməni itirərək baryerə çırpılıb. Qəzadan sonra yarış qırmızı bayraqla dayandırılıb.
Antonelli çempionluqdan sonra sevincini bölüşərək bunun inanılmaz mövsüm olduğunu və əldə etdiyi uğurda komandasının və ailəsinin böyük rol oynadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.