
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində "Superjet" tipli sərnişin təyyarəsi eniş zamanı nadir ağ kəkliyi ilə toqquşub. Hadisə nəticəsində təyyarənin bəzi avadanlıqları zədələnib.
AVESTA.AZ xəbər verir ki, Shot nəşrinin məlumatına görə, Ufa şəhərindən Novı Urenqoya uçan təyyarə enişə yaxınlaşarkən quş ön şassinin altına düşüb.
"Qırmızı kitab"a düşmüş quşla toqquşma nəticəsində təyyarənin eniş və hərəkət işıqları, eləcə də onlardan birinin elektrik birləşdiricisi zədələnib. Bu nasazlığın enişdən sonra pilotların görmə imkanlarına təsir göstərə biləcəyi bildirilib.
Buna baxmayaraq, təyyarə enişi normal şəkildə həyata keçirib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.