
Moskvanın "Lokomotiv" klubunun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakovun bu gün İstanbula gedəcəyi gözlənilir.
AVESTA.AZ "Çempionat.com"a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu "Qalatasaray"a keçidini rəsmiləşdirmək üçün Türkiyəyə yollanacaq.
Batrakovun transferi ilə bağlı yaxın zamanda rəsmi açıqlamanın veriləcəyi gözlənilir. "Qalatasaray" Batrakova görə, 25 milyon avro ödəyəcək. Daha 4 milyonun isə bonuslar şəklində Moskva klubunun xəzinəsinə daxil olacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.