Dünən, 10:48 83

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Son illərdə Azərbaycanda nikah və toyların sayında müşahidə olunan kəskin azalma təkcə demoqrafik mənzərəyə deyil, ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən biri sayılan toy sənayesinə də ağır zərbə vurub. Məlumdur ki, toylar təkcə iki ailənin şad günü deyil, minlərlə insanın gəlir əldə etdiyi böyük bir zəncirdir. Lakin hazırda şadlıq saraylarından tutmuş musiqiçilərə, gəlinlik salonlarından fotoqraflara qədər maliyyə böhranı ilə üz-üzədirlər.

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Bu peşənin sahibləri dəyişən reallıqlara necə uyğunlaşır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Şadlıq sarayları bu böhrandan çıxmaq üçün konseptini dəyişir, bir çox hallarda menyunu bahalaşdırır.

Gəlinlik salonları da əvvəlki cəlbediciliyini və parıltısını qoruyub saxlaya bilmir. Salon sahibləri ilboyu müştəri qıtlığı yaşadıqlarını bildirirlər. Əksəriyyəti artıq xaricdən baha qiymətə yeni kolleksiyalar gətirməyi dayandırıb. Salonlardakı gəlinliklər endirimlə təklif olunur, hətta bir çox gəlinlik ad günü və xına mərasimləri üçün ziyafət libaslarına uyğunlaşdırılır. Beləliklə, gəlinlik salonları vəziyyətdən çıxış yolunu ziyafət libaslarının satışı və kirayəsində görür.

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Gəlin maşını xidməti göstərənlər də yeni yollar axtarışındadır. Pandemiyadan əvvəl lüks və antikvar avtomobillərə tələbat kifayət qədər yüksək idi. Şəhərdə tez-tez bəy-gəlin avtomobillərinin icarəyə verildiyi obyektlərə rast gəlirdik. İndi isə tələbatın azalması fonunda avtopark sahibləri avtomobilləri toy xidmətlərindən çıxararaq VIP transferlərə, xarici qonaqların qarşılanmasına, eləcə də kino və klip çəkilişlərinə yönəldirlər.

Toylara artıq tamada dəvət edilmir

Bəs toyların olmazsa-olmazı sayılan tamadalar və müğənnilər vəziyyətdən necə çıxırlar?

Dəbdəbəli toylardan imtina edilməsi və kiçik, qapalı məclislərə üstünlük verilməsi klassik "tamada" anlayışını demək olar ki, aradan qaldırıb. İndi ev sahibləri ayrıca aparıcı tutaraq əlavə xərcə düşmək istəmirlər. Rəqabətə tab gətirmək istəyən müğənnilər isə hibrid rola keçərək həm oxuyur, həm də məclisi idarə edirlər. Şou-proqramların, rəqs qruplarının və illüziyaçıların toylardakı çıxışları da kəskin azalıb. Onlar diqqəti uşaq ad günlərinə və korporativ tədbirlərə yönəldərək fəaliyyətlərini bu istiqamətdə davam etdirirlər.

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Fotoqraflar yeni bazarlara inteqrasiya olunmağa çalışırlar

Toy fotoqrafları və videoqraflar da yeni bazarlara inteqrasiya olunmağa çalışırlar. Bir vaxtlar sosial şəbəkələrdə öz işlərini reklam edən toy fotoqraflarına tez-tez rast gəlirdik. Qızğın rəqabət mühitində hər biri xidmətinin keyfiyyətini artıraraq müştəri cəlb etməyə çalışırdı. İndi isə toyların və sifarişlərin sayının azalması foto və video çəkiliş sektoruna da ciddi təsir edib. Təkcə toy çəkilişlərinə arxalanmağın mümkün olmadığını anlayan fotoqraflar fərdi portret, hamiləlik və körpə çəkilişlərinə üstünlük verirlər. Bir çox peşəkar operator isə avadanlıqlarını götürərək SMM agentlikləri ilə əməkdaşlığa başlayıb. Onlar artıq restoranlar, geyim brendləri və gözəllik salonları üçün reklam videoları "Reels" və "TikTok" formatında məzmunlar çəkərək gəlir əldə edirlər.

"Tələb və təklif arasında müəyyən uyğunsuzluq var"

Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, şadlıq saraylarının sürətli artımı nikahların və doğumun yüksək olduğu dövrün iqtisadi-demoqrafik gözləntiləri fonunda baş verib: "Məsələn, nikahların sayı 2003-cü ildəki 56 091-dən 2011-ci ildə 88 145-ə, doğulanların sayı isə 113 467-dən 176 072-yə yüksəlmişdi. Şadlıq saraylarının sayı üzrə ayrıca tarixi statistika olmadığı üçün birbaşa səbəb-nəticə əlaqəsini rəqəmlə sübut etmək mümkün deyil. Lakin həmin dövrdə biznesin böyük zallara və kütləvi məclislərə sərmayə qoyması iqtisadi baxımdan anlaşılan idi. Problem ondadır ki, demoqrafik və istehlak modeli dəyişsə də, infrastrukturların bir hissəsi hələ də əvvəlki tələbə hesablanıb. Rəsmi statistikaya əsasən, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı 2021-ci ildə 22 783-dən 2025-ci ildə 27 400-ə, iaşə obyektlərində oturacaq yerlərinin sayı isə 1,025 milyondan 1,395 milyona yüksəlib. Bu rəqəmlər yalnız şadlıq saraylarını deyil, bütün iaşə sektorunu əhatə edir. Bununla belə, ümumi tutumun artdığı, nikahların isə uzunmüddətli dövrdə azaldığı görünür. Deməli, bazarda tələb və təklif arasında müəyyən uyğunsuzluq formalaşır".

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Toy banketlərindən gündəlik restoran formatına...

Mütəxəssis bildirir ki, əsas təsir iri toy məclislərindən asılı olan və başqa gəlir mənbəyi yaratmayan obyektlərdə hiss olunur: "Böyük zalın icarə, enerji, havalandırma, mühafizə, texniki xidmət, mətbəx və avadanlıq xərclərinin əhəmiyyətli hissəsi sabitdir. Qonaqların sayı 400-500 nəfərdən 100-150 nəfərə düşəndə gəlir azalır, lakin bu xərclər eyni nisbətdə aşağı düşmür. Nəticədə zalın doluluğu və bir tədbirdən əldə edilən mənfəət azalır. Bununla belə, bütövlükdə iaşə sektorunun tənəzzülə uğradığını demək düzgün olmaz. 2025-ci ildə ölkənin ictimai iaşə dövriyyəsi real ifadədə 12,2 faiz artaraq 2,809 milyard manata çatıb. 2026-cı ilin yanvar-iyul aylarında da dövriyyə 7,1 faiz artaraq 1,719 milyard manat təşkil edib. Deməli, problem bütün iaşə sektorunun kiçilməsindən daha çox tələbin iri toy banketlərindən gündəlik restoran, kafe, çatdırılma, kiçik tədbir və digər formatlara yönəlməsidir".

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

"Menyudakı qiymət artımının iqtisadi səbəbi var"

Maraqlıdır, menyu qiymətlərinin artırılması biznesi xilas edə bilərmi? Mütəxəssis bildirir ki, qiymət artımının müəyyən iqtisadi əsası var: "2026-cı ilin yanvar-iyul aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 6,8 faiz artıb. Ərzaq, əməkhaqqı, enerji, logistika və digər xərclərin bahalaşmasını biznes tamamilə nəzərə almaya bilməz. Lakin azalan müştəri sayını yalnız adambaşına menyu qiymətini qaldırmaqla kompensasiya etmək riskli və qısamüddətli yanaşmadır. Obyekt boş qalan böyük zalın və səmərəsiz biznes modelinin xərcini bir toyun qonaqlarına yükləyirsə, bu, tələbi daha da azalda bilər. Ailələr qonaq siyahısını kiçildəcək, daha münasib məkan seçəcək və ya fərqli məclis formatına keçəcəklər. Daha sağlam strategiya müxtəlif büdcələr üçün şəffaf paketlər, həftəiçi və mövsümdənkənar tariflər, çevik menyular, standart reseptlər, dəqiq satınalma planı və qida itkilərinin azaldılmasıdır. Qiymət real məhsul və xidmət keyfiyyətini əks etdirməli, obyektin idarəetmə səmərəsizliyini kompensasiya etməməlidir".

S.Dübəndi deyir ki, sadəcə lövhəni və obyektin adını dəyişmək maliyyə problemini həll etmir: "Məsələn, "mərasim evi"nə çevrilmə hər obyekt üçün avtomatik rentabelli həll deyil. Bu formatda bir qonağa düşən gəlir toy məclislərindən aşağı ola bilər. Tələb, yerləşmə, ərazidə rəqabət, parklanma, mətbəx və yenidənqurma xərcləri əvvəlcədən hesablanmalıdır. Sadəcə lövhəni və obyektin adını dəyişmək maliyyə problemini həll etmir. Daha dayanıqlı variant çoxfunksiyalı tədbir məkanı yaratmaqdır. Eyni obyekt müxtəlif günlərdə toy, nişan, ad günü, korporativ tədbir, təlim, konfrans, sərgi və təqdimatlara xidmət edə bilər. Bununla belə, bazarda bütün iri şadlıq saraylarının əvvəlki profilində qalması da real görünmür. Tələbatı, yerləşməsi və infrastrukturu zəif olan bəzi obyektlərin başqa təyinata keçirilməsi, birləşdirilməsi və ya bazardan çıxması iqtisadi baxımdan qaçılmaz ola bilər".

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

Sektorun kiçilməsi işsizliyə də ciddi təsir edir

Sektorun kiçilməsi kadr axınına və işsizliyə də ciddi şəkildə təsir edir. Həmsöhbətimiz bildirir ki, 2025-ci ilin sonunda "turistlərin yerləşdirilməsi və ictimai iaşə" sahəsində məşğul əhalinin sayı 121 min, muzdla çalışan işçilərin sayı isə 83,3 min nəfər göstərilib. Bu rəqəmlər hotelləri və bütün ictimai iaşə sektorunu birlikdə əhatə edir: "Toy sektorunda azalma ilk mərhələdə həmişə rəsmi işdən çıxarma kimi görünmür. Əvvəlcə növbə və tədbir əsasında çalışan ofisiantların, aşpaz köməkçilərinin, qabyuyanların və texniki heyətin iş günləri və gəlirləri azalır. Bu təsir musiqiçilər, fotoqraflar, dekoratorlar, aparıcılar və nəqliyyat xidmətlərinə də yayılır. Sadəcə işçi sayını azaltmaq çıxış yolu deyil. Əksinə, yeni servis modeli daha peşəkar personal tələb edir. İşçilər banket xidməti ilə yanaşı porsion servis, gündəlik restoran xidməti, katerinq, korporativ tədbirlər və qida təhlükəsizliyi üzrə hazırlanmalıdırlar. Peşəkar kadrların sahədən getməsi sonradan xidmət keyfiyyətinin bərpasını daha çətin və bahalı edə bilər. Həmçinin işçi sayının həddindən artıq azaldılması mətbəx və servis heyətinin yükünü artırır, temperatur rejimi, gigiyena, allergenlərin idarə olunması, hazır və çiy məhsulların ayrılması kimi proseslərdə səhv ehtimalını yüksəldir. Yoxlanılmamış və mənşəyi bəlli olmayan ucuz məhsula üstünlük verilməsi isə birbaşa qida təhlükəsizliyi riskidir. Qənaət qida təhlükəsizliyi, təmizlik və zəruri işçi sayı hesabına deyil, israfın azaldılması hesabına aparılmalıdır".

Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ

"Toyların formatını yenidən düşünməyin vaxtı çatıb"

Mütəxəssis sonda bildirdi ki, əsas məqsəd toylardan imtina etmək deyil, gəlir mənbələrini şaxələndirməkdir: "Korporativ tədbirlər, işgüzar səhər yeməkləri, təlimlər, konfranslar, sərgilər, təqdimatlar, kiçik ailə məclisləri, səyyar katerinq, kulinariya ustad dərsləri və turistlər üçün milli mətbəx proqramları perspektivli istiqamətlərdir. Lakin hər böyük zal avtomatik olaraq konfrans məkanına çevrilə bilməz. Bunun üçün uyğun akustika, dayanıqlı internet, audiovizual avadanlıq, gün işığı, kiçik iş otaqları, parklanma və peşəkar satış komandası tələb olunur. Qastroturizm də sadəcə milli yeməkləri menyuya əlavə etmək deyil; məhsulun mənşəyi, yerli kulinariya ənənəsi, təqdimat, hekayələndirmə, dequstasiya və turizm şirkətləri ilə satış əlaqələri vahid məhsula çevrilməlidir. Ümumilikdə, Azərbaycan toylarının formatını yenidən düşünməyin vaxtı çatıb. Biz ənənələrimizi qorumaqla yanaşı, əsassız xərcləri, qida israfını və nümayiş xarakterli rəqabəti azaltmalıyıq. Şadlıq saraylarının gələcəyini daha böyük zal və daha bahalı menyu deyil, çevik infrastruktur, peşəkar personal, yüksək servis, təhlükəsiz qida və şəffaf qiymət siyasəti müəyyən edəcək. Ənənə qalmalıdır, israf yox".

Paylaş

Xəbər lenti

Netanyahu seçki ərəfəsində təhdidlərini artırdı: "Lazım gələrsə, bütün Qəzzanı işğal edərik" Bu gün, 12:50 SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb Bu gün, 12:50 Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi Bu gün, 12:50 Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib Bu gün, 12:50 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ Bu gün, 12:49 "Pensiyalar artırılacaq" Bu gün, 12:49 Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb Bu gün, 12:49 Chatgpt ilə müalicə olunmaq təhlükəlidir? - Tanınmış professor danışdı Bu gün, 12:49 Süni intellekt şirkətinizə gələndə kim gedəcək: insanlar, yoxsa köhnə qaydalar? Bu gün, 12:48 Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub Bu gün, 12:48 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir Bu gün, 12:48 Sentyabrın ilk günü hava belə olacaq Bu gün, 12:48 Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb Bu gün, 12:48 Keçmiş məcburi köçkün Bakıda aptekdə öldü Bu gün, 12:48 Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48 Azərbaycan Prezidenti Sadır Japarovu təbrik edib Bu gün, 11:48 İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək Bu gün, 11:48 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı Bu gün, 11:48 Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır Bu gün, 11:48 İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub Bu gün, 11:48 Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" Bu gün, 11:48 DYP yağışa görə sürücülərə MÜRACİƏT ETDİ Bu gün, 11:48 Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48 Bakıda yayın son konserti keçirilib Bu gün, 10:48 Müəllimlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır Bu gün, 10:48 Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub Bu gün, 10:48 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 "Mercedes"lə "Range Rover" toqquşdu Bu gün, 10:48 Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib Bu gün, 10:48 İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib Bu gün, 10:48 "Prius" manevr edərkən hadisə törədib, qaçdı Bu gün, 10:48 Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48 Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq Bu gün, 09:48 Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı Bu gün, 09:48 Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR