
Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət edərkən səhhətində problem yaranıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, sinə ağrısı şikayəti ilə Ayvacık Dövlət Xəstəxanasına aparılan Yılmaza burada ilkin tibbi yardım göstərilib. Aktyorun ürək spazmı keçirdiyi bildirilib.
Vəziyyəti nəzarət altında saxlanılan Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Fakültəsinin xəstəxanasına göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.