
Misir millisinin baş məşqçisi Hossam Hassan keçmiş və hazırkı həyat yoldaşı arasında baş verən davanı ayırmağa çalışarkən xəsarət alıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis həyat yoldaşı ilə birlikdə istirahət etmək üçün kurorta gedib. Lakin eyni məkanda uşaqları ilə birlikdə keçmiş həyat yoldaşına da rast gəlib.
Qadınlar arasında başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Tərəflər bir-birinə zərbələr endirib, saçlarından tutaraq dalaşıblar.
Hassan qadınları ayırmağa çalışsa da, özü də davanın içində qalıb. Zərbələr nəticəsində məşqçi huşunu itirib və ona tibbi yardım göstərilib.
Hadisə ciddi nəticələrə səbəb olmayıb. Hassanın vəziyyətinin yaxşı olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.