
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb.
Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanılan tövlədə onları yemləyirmiş.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.