
"Kurtlar Vadisi" serialı ilə tanınan aktyor Nevzat Yakışırboy Türkiyənin Aydın şəhərində yolda zamanı sürücü ilə mübahisə edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, motosikleti ilə hərəkətdə olan aktyorla avtomobil sürücüsü arasında anlaşmazlıq səbəbindən başlayan mübahisə qısa zamanda böyüyüb. Sürücünün ona "Nə olub, artisən?" deməsi isə aktyoru daha da əsəbiləşdirib.
Yakışırboy motosikletdən düşərək avtomobilin yanına gedib və sürücüyə "Düş aşağı!" deyərək ağır ifadələr işlədib.
Hadisənin görüntüləri sosial mediada yayılıb və qısa müddətdə diqqət çəkib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.