
İtkin-şəhidin oğlu atasının indi ziyarət edə biləcəkləri bir məzarının olmasının böyük təskinlik olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında nəşinin qalıqları bu gün İmişlidə dəfn olunan I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanovun oğlu Asim Nərimanov deyib.
O bildirib ki, ailə bütün bu illər ərzində M.Nərimanovun tapılacağı ümidi ilə yaşayıb:
"Mən özüm də İkinci Qarabağ müharibəsinin iştirakçısıyam, Füzuli, Laçın, Şuşa istiqamətlərindəki döyüşlərdə iştirak etmişəm. Torpaqlarımızın işğaldan qarış-qarış azad olunduğunu gördükcə, itkin-şəhidlərimizin tapılacağına da inanırdıq.
Atam 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 32 il gözümüz yollarda qaldı. Artıq onun ziyarət edə biləcəyimiz bir məzarı var. Bu, bizə böyük təskinlikdir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.