
Azərbaycanın paraüzgüçülük üzrə milli komandasının üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edirlər.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında avqustun 19-da başlayan toplanış sentyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, toplanış sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.