Bu gün, 13:48 50

Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirib.

AVESTA.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu ay Bakıda, habelə müxtəlif rayonlarda fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyən edilib.

Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6.192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb. Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1.288 ədəd saxta aksiz markası, ümumi həcmi 25 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.

Saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.

Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırıb. Bu, "kölgə iqtisadiyyatı"nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə istehlakçıların da fəal iştirakı və aksizli məhsulların qanuni dövriyyəsinin təmin edilməsinə töhfə verməsi üçün Dövlət Vergi Xidmətinin "E-Vergi" mobil tətbiqində yeni funksionallıq istifadəyə verilib. Tətbiqin "Xidmətlər" bölməsində yerləşən "Təqib və İzləmə Sistemi" vasitəsilə aksizli malların qablaşdırmalarının və ya aksiz markalarının üzərində yerləşdirilmiş məcburi nişan kodlarını (QR kod) skan etməklə məhsul barədə məlumat əldə etmək mümkündür.

Məlumatlarda hər hansı uyğunsuzluq aşkar edildikdə isə istifadəçilər həmin tətbiq vasitəsilə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət edə bilərlər. Yeni funksionallıq istehlakçılara aksizli mallar barədə məlumatları operativ şəkildə yoxlamağa və aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat verməyə imkan yaradır.

Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Paylaş

Xəbər lenti

Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48 Zelenski: "Ukrayna ordusu son 24 saatda Rusiyadakı 16 hədəfi vurub" Bu gün, 13:48 47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi Bu gün, 13:48 Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları - SİYAHI Bu gün, 12:48 Nepalda daşqınlarda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşı var? - RƏSMİ CAVAB Bu gün, 12:48 Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olunanlara MÜRACİƏT Bu gün, 12:48 Zeynəb Həsəni: "Elə ailəli qadınlar var ki, məndən açıq geyinirlər!" Bu gün, 12:48 Universitetə qəbul olunanların NƏZƏRİNƏ - Sabahdan... Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək Bu gün, 12:48 DİM: Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub Bu gün, 12:48 Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib Bu gün, 12:48 İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb Bu gün, 12:48 AZAL sərnişinlərə müraciət edib Bu gün, 11:48 Fərhad Aşurbəyli daşqınlar olan Nepalda qalıb Bu gün, 11:48 Hörmüz boğazında tankerə hücum edildi Bu gün, 11:48 SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib Bu gün, 11:48 Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi Bu gün, 11:48 Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq Bu gün, 11:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib Bu gün, 11:48 İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik Bu gün, 11:48 "Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq Bu gün, 11:48 Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır Bu gün, 11:48 Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü Bu gün, 11:48 Məşhur blogerin Rafael Ağayevlə maraqlı dialoqu Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti düşdü Bu gün, 10:48 Sükan arxasında yuxulayan sürücü qəza törətdi Bu gün, 10:48 DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib Bu gün, 10:48 Dilarə Əliyevanın Bodrum istirahətindən GÖRÜNTÜLƏR Bu gün, 10:48 Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz Bu gün, 10:48 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA Bu gün, 10:48 Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var Bu gün, 10:48 Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub Bu gün, 10:48 Roza Zərgərlinin aktyor oğlu nişanlandı Bu gün, 10:48 Kənddən çıxdı, milyonların kumirinə çevrildi: "Zita və Gita"nın ulduzunun şöhrət yolu Bu gün, 09:48 Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR