
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.