Bu gün, 00:48 59

Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Avqustun 28-də Müdafiə Nazirliyinin rəhbərliyi 30 Avqust – Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib.

AVESTA.AZ xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.

B.Akgün çıxışında türk xalqı və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi qələbə qazanaraq Türkiyənin müstəqilliyi uğrunda apardığı mübarizəni uğurla başa çatdırdığını bildirib.

Səfir dövlət başçılarımızın uğurlu siyasi fəaliyyətləri nəticəsində regionda sülhün təmin olunmasına yönəlmiş son addımları yüksək qiymətləndirib, Cənubi Qafqazda davamlı sülh və rifahın təmin olunması üçün tarixi imkan yarandığını qeyd edib.

Türkiyənin Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini və sülhün, sabitliyin təmin olunması üçün fəal mövqe göstərəcəyini ifadə edib.

B.Akgün çıxışında ölkəmizin Vətən müharibəsində qazandığı qələbənin Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində əldə edildiyini qeyd edərək, bu qələbənin qazanılmasında əməyi olanların daim hörmət və ehtiramla yad edilməsinin vacibliyini bildirib.

Daha sonra çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər bayramı və Türk Silahlı Qüvvələr Gününün 104-cü il dönümü münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.

General-polkovnik Z.Həsənov Türkiyənin Qurtuluş savaşında əldə etdiyi Zəfərin qardaş ölkənin tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb.

O bildirib ki, Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" və Azərbaycanı çox sevən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipləri ilə hər ötən gün daha da möhkəmlənir.

Nazir Azərbaycan və Türkiyə dövlət başçılarının arasında olan səmimi münasibətlərin sayəsində bu əlaqələrin daha da inkişaf etdiyini, məhz elə bu prinsipləri rəhbər tutaraq, ölkələrimizin həmişə olduğu kimi həlledici anlarda da bir-birinin yanında olduğuna diqqət çəkib.

General-polkovnik Z.Həsənov regional sülh və təhlükəsizliyin mühüm sütunlarından olan Azərbaycan–Türkiyə ikitərəfli əməkdaşlığının dövlət başçılarımız tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini ifadə edib.

Müdafiə naziri hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun qurulması istiqamətində hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə islahatlar aparıldığından danışıb.

Keçirilən islahatlar çərçivədə döyüş hazırlığı sahəsində həyata keçirilən fəaliyyətlərin dinamikasının gündən-günə artırıldığını, hər il həm Azərbaycanda, həm də Türkiyədə ordularımızın peşəkarlığının artırılması, qarşılıqlı uzlaşmanın əldə edilməsi, eləcə də dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, müxtəlif qoşun növlərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirildiyini bildirib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş

Xəbər lenti

İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? Bu gün, 09:48 Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? Bu gün, 09:48 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir Bu gün, 09:48 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama Bu gün, 09:48 "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir Bu gün, 09:48 Sürücülərə həftəson ilə bağlı VACİB XƏBƏRDARLIQ Bu gün, 09:48 Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik Bu gün, 08:48 Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq Bu gün, 08:48 Tərtərdə kişi su kanalında boğulub Bu gün, 08:48 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər Bu gün, 08:48 Bakıda Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirilib Bu gün, 00:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından... Dünən, 23:48 Dünyanın ən gənc kralı 34 yaşında vəfat etdi Dünən, 23:48 Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı Dünən, 23:48 "Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb Dünən, 23:48 Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir Dünən, 23:48 Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub Dünən, 23:48 Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Dünən, 23:48 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA Dünən, 22:48 Yavər Abbasova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 22:48 FİFA DÇ-2026 finalında dava salan argentinalı futbolçuların cəzasını yüngülləşdirdi Dünən, 22:48 Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan... Dünən, 22:48 Müctəba Xameneinin müraciəti yayılıb Dünən, 22:48 Uşakov: Putin və Paşinyan Ermənistanın Avropaya inteqrasiyası məsələsini müzakirə edəcəklər Dünən, 21:48 Azərbaycan və Belarus arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Dünən, 21:48 Bu şəxslər üçün pomidoru çox yemək təhlükəlidir - XƏBƏRDARLIQ Dünən, 21:48 Bir sinifdən 13 nəfər "Tibb"ə qəbul oldu: Məzunlardan biri 700 bal toplayıb Dünən, 21:48 Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? Dünən, 20:48 Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO Dünən, 20:48 Bakı metrosunda ikimərtəbəli stansiyalar olacaq? - RƏSMİ CAVAB Dünən, 20:48 Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim" Dünən, 20:48 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu Dünən, 20:48 Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb Dünən, 19:48 Ömrü uzatmağa kömək edən 30 saniyəlik sadə hərəkət Dünən, 19:48 Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibah dövrünün əlamətidir Dünən, 19:48 Azərbaycan Polşaya etiraz etdi: Səfir XİN-ə çağırıldı Dünən, 19:48 Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib Dünən, 18:48 Şamaxı sakinlərini boğaza yığan problem: "21-ci əsrdir, belə yaşayış olar?!" Dünən, 18:48 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Dünən, 18:48 Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək Dünən, 18:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... Dünən, 18:48 Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək Dünən, 18:48 Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır Dünən, 18:48 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 17:48 Rusiyanın yerinə üçüncü dövlət: Paşinyan kimi nəzərdə tutur? Dünən, 17:48 Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" Dünən, 17:48 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR