
Uqandadakı Toro krallığının ali hökmdarı Rukirabazaiya Oyo Nyimba Kabamba İguru Rukidi IV 34 yaşında vəfat edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Oyo Rukidi IV dünyanın ən gənc hakim monarxı kimi tanınırdı və bu səbəbdən 2025-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdi.
O, atasının ölümündən sonra 1995-ci ildə, 3.5 yaşında taxta çıxıb və Toro krallığının 13-cü monarxı olub. Kral yetkinlik yaşına çatana qədər regent vəzifəsini anası icra edib.
Kral Oyo təhsilini Böyük Britaniyada alıb, Vinçester Universitetində biznes idarəçiliyi üzrə təhsil görüb. Onun krallığında 2 milyondan çox sakinin yaşadığı bildirilir. Oyo, həmçinin BMT-nin səfiri olub, HİV/QİÇS-lə mübarizə və ekoloji layihələrdə fəaliyyət göstərib.
Monarxın ölümünün rəsmi səbəbi açıqlanmayıb. Bununla belə, Uqanda hökumətinin nümayəndələri onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini və ABŞ-də müalicə olunduğunu bildiriblər. Kral məhz ABŞ-də vəfat edib.
Subay olan kralın varisi qalıb. Uqanda Baş naziri Kelvin Akiiki bildirib ki, monarxın taxt-tac üçün varisi olan şahzadənin adı Toro krallığının adət-ənənələrinə uyğun olaraq daha sonra açıqlanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.