
Ordu İdman Klubunun kikboksinq və muay tay üzrə döyüşçüsü Akif "King" Quluzadə növbəti peşəkar qarşılaşmasına çıxacaq.
BAKU.WS xəbər verir ki, idmançı sentyabrın 4-də Tailandın paytaxtı Banqkokda keçiriləcək ONE FC turnirində qüvvəsini sınayacaq.
Quluzadə yüngül çəki (Flyweight) kateqoriyasında Ferrari Fairtex ilə üz-üzə gələcək.
Ferrari Fairtex-in ONE FC-də keçirdiyi 6 döyüşdən 5-də qalib gəldiyi, 1 qarşılaşmada isə məğlub olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.