25-01-2023, 10:36 458

Ceyhun Sultanov: “Görün, Avropa nə vəziyyətdədir ki, Azərbaycandan da futbolçu alırlar” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci yarısı artıq start götürüb.

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən klublar isə transfer çalışmalarını davam etdirirlər.

Azərbaycan millisinin sabiq futbolçusu, menecer Ceyhun Sultanov “Report”a müsahibəsində klubların həm hazırlığını, həm də transferlərini dəyərləndirib.

- Bu gün Premyer Liqada fasilə başa çatıb. Azərbaycan klublarının qış təlim-məşq toplanışı ilə bağlı təəssüratlarınız necədir?
- Əksər klubların, demək olar ki, bütün yoxlama görüşlərinə baxa bilmişəm. Deyə bilmərəm ki, tam hazır vəziyyətdədirlər. Heyəti hələ komplektləşməyən komandalar var. Oyunlar da göstərdi ki, çempionata 60-70 faiz hazırdırlar.

- Heyəti komplektləşməyən komandalar hansılardır?
- Ümumi götürsək, hamısı. Bu mənada “Neftçi”ni, “Zirə”ni, hətta “Qarabağ”ı da qeyd edə bilərəm. Hazır hesab etdiyim yeganə komanda “Sabah”dır. Bu klub heyətini tam qoruyub saxlaya bilib. Amma digər tərəfdən “Zirə” güclənib, “Neftçi” transferlərə başlayıb. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların durumu, demək olar ki, eynidir.

- Klubların transfer fəaliyyətlərini necə dəyərləndirirsiniz?
- Açığı, əksər klublar istədikləri oyunçuları ala bilmədilər. Bu da normaldır. Çünki Azərbaycana futbolçu gətirmək asan deyil. Halbuki klublar kifayət qədər keyfiyyətli oyunçular istəyirdilər. Çox çalışdılar, amma yeni transferləri hazırlıq dönəminə çatdıra bilmədilər. Ola bilər ki, bundan sonra kimlərisə heyətə qata bilərlər. Çünki hələ fevralın 9-dək vaxtları var.

- “Qarabağ”da Rusiyanın “Krasnodar” klubuna satılan yarımmüdafiəçi Kadi Borges və zədələnən qapıçı Şahruddin Məhəmmədəliyevin yerinə yeni oyunçu alınmayıb. Ağdam klubu bundan əziyyət çəkə bilər?
- Əgər transfer etməsələr, problem yaşayacaqlar. Ancaq yenə də düşünürəm ki, klubların hamısı transfer dönəminin sonuna qədər ən azı 90 faiz hazır olacaqlar.

Kadi Borges
Kadi Borges

- Ancaq həmin vaxta qədər 3 tur oynanılacaq...
- “Qarabağ” hazırkı futbolçuları ilə də Azərbaycan çempionatında oynaya bilər. Amma Konfrans Liqasının pley-off mərhələsindəki matçlar üçün güclənmək lazımdır.

- “Neftçi” Yusuf Laval və Qodsvey Donyonu satdı, üstəlik, istədiyi transferləri edə bilməyib. Premyer Liqanın 3-cü pilləsində qərarlaşan komanda bu gedişlə mövqeyini itirmək təhlükəsi yaşaya bilər?
- Zədəliləri də geri dönsə, mübarizə aparacaqlar. Lakin transfer etməsələr, çətin olacaq. Məncə, istədikləri oyunçuları alsalar, nəinki üçüncü yerdəki mövqelərini qoruyacaqlar, hətta ikinci pilləyə də iddia edəcəklər.

- Qış fasiləsində “Neftçi” Laval və Donyonu, “Qarabağ” Kadini xarici kluba satdı. Bunları Azərbaycan futbolu adına müsbət hal kimi dəyərləndirmək olar?
- Avropada futbolçu qıtlığının da bunda rolu var. Görün Avropa nə vəziyyətdədir ki, Azərbaycandan da oyunçu alırlar. Hazırda bütün dünyada futbolçu çatışmazlığı var. Klublarımız da məhz buna görə, kimisə almaqda çətinlik çəkirlər. İstənilən halda klubların futbolçu transferindən gəlir əldə etmələri sevindirici haldır. Mənim təklif elədiyim futbolçular da satılanlar arasındadır.

- Birgə çalışdığınız futbolçulardan Azərbaycana gəlişi mümkün görünən kimlərsə var?
- Bu suala indi cavab verə bilmərəm. Çünki iş prosesi gedir. Bunu açıqlamağım doğru olmaz.

- Əsas sual doğuran məqamlardan biri Premyer Liqada mövsümün sonunda 4-cü yeri hansı komandanın tutmasıdır. Siz hansını favorit sayırsınız?
- Məncə, ən real şans “Zirə”dədir. Çünki “Qəbələ” maliyyə durumuna görə heyətini gücləndirə bilmir. Digər komandaların da vəziyyəti ortadadır. Demirəm ki, pis oyunçular alırlar. Sadəcə, daha keyfiyyətlisinə imkanları çatmır. “Zirə”nin maddi durumu və qarşısına qoyduğu hədəf tam fərqlidir. Bu üzdən də “Zirə” 4-cü pilləyə favoritdir.

- Ancaq “Zirə” də hələ güclənməyib...
- Bunun üçün vaxtları var. Əsas odur ki, heyəti qoruyub saxlayıblar. Daha da güclənə bilərlər. Futbolçu qıtlığı yaşandığı üçün gecikmələr olur. Ani transferlərə şahidlik edə bilərik.

- Qış fasiləsində baş məşqçi dəyişikliyi “Səbail”in sonuncu pillədən qurtulmasına kömək ola bilər?
- İstər-istəməz komandanın oyununda irəliləyiş hiss edəcəyik. Çünki adətən baş məşqçi dəyişikliyindən sonra hər hansı komanda oyun planında bir müddət daha yaxşı çıxış edir. Bunun davamlı olub-olmayacağını isə zamanla görəcəyik.

- “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”ın itkilərlə üzləşməsindən yararlana bilər?
- İnanmıram ki, bir futbolçunun gedişinə görə “Qarabağ” çempionluğu əldən versin. Düzdür, futbolda hər şey mümkündür. Sadəcə, mən bunu gözləmirəm. Fikrimcə, mövsümün sonunda “Qarabağ” 1-ci, “Sabah” 2-ci, “Neftçi” 3-cü, “Zirə” isə 4-cü yeri tutacaq.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR