
Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalayıb.
BAKU.WS kluba istinadən xəbər verir ki, 56 yaşlı ispaniyalı mütəxəssisin müqaviləsinin müddəti 2030-cu ilədək uzadılıb.
Luis Enrike 2023-cü ilin yayından Paris təmsilçisinə rəhbərlik edir. Onun rəhbərliyi dövründə PSJ iki dəfə ardıcıl UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə Fransa çempionluğunu qazanıb.
Qeyd edək ki, Enrikenin əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatmalı idi. Klub yeni anlaşma ilə bağlı qərarı "Monako" ilə keçiriləcək ev oyunundan əvvəl açıqlayıb.
PSJ rəhbərliyi bir sıra futbolçularla da müqavilələri yeniləyib. Joao Neves, Vilyan Paço, Lukas Beraldo və Sənni Mayulu 2031-ci ilə qədər klubda qalacaqlar.
Fabian Ruisin isə müqaviləsinin müddəti 2028-ci ilədək uzadılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.