Dünən, 15:48 72

Fərid Şəfiyevin

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb.

AVESTA.AZ xəbər verir ki, bu barədə report-a Mərkəzdən bildrilib.

Fərid Şəfiyev məktubunda "The Guardian" qəzetində dərc olunmuş rəydə Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib. O, sözügedən rəydə Azərbaycanın ərazilərinin işğalı, azərbaycanlı əhalinin öz doğma yurdlarından məcburi köçürülməsi, habelə BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair müvafiq qətnamələri ilə bağlı mühüm tarixi və siyasi kontekstin nəzərə alınmadığını vurğulayıb.

"Erməni rejissor tərəfindən çəkilmiş The Black Garden" sənədli filminə dair "The Guardian"qəzetində dərc olunmuş rəy keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin açıq-aşkar qərəzli rakursdan təqdim edilməsi ilə diqqəti cəlb edir və bu baxımdan, filmin özü müzakirə çərçivəsindən əhəmiyyətli dərəcədə kənarda qalır. Cəmi bir neçə cümlə ilə rəydə dərin birtərəfli siyasi narrativ təkrarlanır və nəticədə əraziləri Ermənistan tərəfindən təxminən üç onillik ərzində işğal altında saxlanılmış, beynəlxalq səviyyədə tanınmış dövlət olan Azərbaycan faktiki olaraq təcavüzkar tərəf kimi təqdim edilir. Bununla yanaşı, Ermənistan tərəfi isə demək olar ki, yalnız qurban prizmasından təqdim olunur".

Bildirilib ki, bunun ən bariz nümunəsi Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Qarabağ bölgəsinin "əsasən ermənilərdən ibarət əhalisinin" "Azərbaycan ordusunun saysız-hesabsız hərbi əməliyyatlarına qarşı mübarizə apardığı" barədə fikirdir:

"Bu ifadə münaqişənin tarixini kökündən təhrif edir. Belə təqdimat Azərbaycanın sülh şəraitində yaşayan erməni əhaliyə qarşı təcavüzkar siyasət apardığı təəssüratı yaradır. Halbuki burada əsas məqam ondan ibarətdir ki, Ermənistanın Silahlı Qüvvələri Qarabağ bölgəsinin yerli erməni əhalisindən öz təcavüz və işğal planlarının həyata keçirilməsində istifadə etmiş, Azərbaycanın Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonunu işğal etmiş, 1990-cı illərin əvvəllərində isə işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib".

Onun sözlərinə görə, bu, sadəcə olaraq, tarixə fərqli yanaşma məsələsi deyil.

"1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilmişdir. Təxminən 3 onillik ərzində 700 minədək azərbaycanlı Qarabağ və ətraf rayonlarda öz evlərindən zorla didərgin salınmış və onların geri qayıtmaq hüququ təmin edilməmişdir. Bu zorakı etnik təmizləmə siyasətinin tərkib hissəsi olaraq minlərlə dinc sakin amansızcasına öldürülmüş, işgəncələrə məruz qoyulmuş və girov götürülüb. İşğal yalnız Azərbaycanın əhalisinin öz doğma yurdlarından qovulması ilə müşayiət olunmamış, eyni zamanda, bütöv şəhər və kəndlərin sistemli şəkildə dağıdılması və talan edilməsi ilə nəticələnmişdir. Ağdam kimi iri şəhərlər demək olar ki, tamamilə dağıdılmış və şəhər "Qafqazın Xirosiması" adlandırılıb", - deyə o qeyd edib.

BMTMM İdarə Heyətinin sədri vurğulayıb ki, lakin bütün bunlara baxmayaraq, azərbaycanlıların yaşadığı bu təcrübə "The Guardian" qəzetində öz əksini tapmır:

"Əvəzində oxucuya elə bir mənzərə təqdim olunur ki, guya erməni dinc sakinləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının qurbanlarıdır, bu ərazilərdən qovulmuş azərbaycanlı əhali isə faktiki olaraq həmin hadisələrin təsvirindən kənarda qalır. Eyni problem Talış kəndi ilə bağlı hissədə də özünü göstərir. Rəy "bombalanaraq dağıdılmış məktəb" şəkli ilə başlayır və bu görüntü dərhal Azərbaycan ordusunun hərbi hücumları şəraitində böyüyən erməni uşaqlarının hekayəsi ilə əlaqələndirir. Halbuki Talış kəndi təmas xəttində yerləşirdi və burada dəfələrlə hərbi toqquşmalar baş verirdi. Kənddəki dağıntıları bu hərbi və siyasi konteksti izah etmədən təqdim etmək oxucuda həmin dağıntıya görə Azərbaycanın məsuliyyət daşıdığı təəssüratını yaradır. Halbuki konkret dağıntının kim tərəfindən və hansı şəraitdə törədildiyi barədə heç bir məlumat verilmir".

Fərid Şəfiyev məktubda diqqətə çatdırıb ki, "The Guardian" qəzeti hadisələrə selektiv yanaşmasının keçmiş münaqişə ilə bağlı ənənəvi erməni narrativinin qorunub saxlanılmasına və Azərbaycanın müstəsna olaraq təcavüzkar tərəf kimi təqdim edilməsinə yönəlmiş daha geniş siyasi və informasiya kampaniyası kontekstində nəzərdən keçirilməlidir:

"Film Qarabağın itirilməsi və regionun qanuni sahibləri tərəfindən azad edilməsini heç vaxt barışıqla qəbul etməyən dairələrin təşəbbüsü və sponsorluğu ilə hazırlanıb. Bu kampaniya nüfuzlu erməni diaspor təşkilatları və lobbi şəbəkələri, habelə Samvel Karapetyan və Ruben Vardanyan kimi oliqarxlarla əlaqəli siyasi və ictimai müdafiə dairələri tərəfindən dəstəklənir və daha geniş auditoriyaya çatdırılır. Onların kampaniyaları yalnız tarixi təhrifləri müdafiə etməklə məhdudlaşmır. Bu fəaliyyətlərin əsas siyasi məqsədlərindən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı çıxmaq və Qarabağ məsələsini siyasi səfərbərlik vasitəsi kimi daim gündəmdə saxlamaqdır".

Məktubda sözügedən məsələnin xüsusilə Ermənistan hökumətinin hazırda köklü şəkildə fərqli siyasət kursu yürütməkdə olduğu bir vaxtda daha ciddi narahatlıq doğurduğu qeyd edilib:

"Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasını siyasi gündəliyinin əsas prioriteti edib. Samvel Karapetyanın rəhbərlik etdiyi Rusiyayönlü siyasi qüvvələr 2026-cı ildə Paşinyanın əsas siyasi rəqibi kimi meydana çıxıb. Onun rəhbərlik etdiyi "Güclü Ermənistan" hərəkatı Paşinyanın sülhə yönəlmiş və Qərbmeyilli siyasi gündəliyinin əsas elementlərinə qarşı çıxır. Məhz belə məqamda keçmiş münaqişəni Ermənistan tərəfindən formalaşdırılmış ikili qarşıdurma (ermənilərin qurbanlar, azərbaycanlıların isə təcavüzkar kimi təqdim edilməsi) kontekstində təkrarlayan narrativlər siyasi baxımdan neytral deyil. Bu cür yanaşmalar münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələri gücləndirir, Paşinyanın sülh siyasətinin xəyanət kimi təqdim olunmasını möhkəmləndirir və kompromisə nail olmağı çətinləşdirir".

"The Guardian" qəzetinin öz rəyçisi də etiraf edir ki, "The Black Garden" filmi "daha ətraflı sosial-siyasi kontekstlə zənginləşdirilə bilərdi". Məhz problem də bundadır. Azərbaycan ərazilərinin işğalını, həmin ərazilərin əhalisinin öz doğma yurdlarından didərgin salınmasını və işğalçı qüvvələrin çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini izah etmədən ermənilərin Azərbaycan ordusunun hərbi əməliyyatlarına "qarşı" mübarizə apardığını təqdim etmək balanslı xəbər təqdimatı deyil deyil", - deyə Fərid Şəfiyev bildirib.

Paylaş

Xəbər lenti

İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Bu gün, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Bu gün, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Bu gün, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Bu gün, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Bu gün, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Bu gün, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Bu gün, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Bu gün, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Bu gün, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Bu gün, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Bu gün, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Bu gün, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Bu gün, 16:48 Sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq Bu gün, 16:48 Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Bu gün, 16:48 Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı Bu gün, 16:48 Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 16:48 Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Bu gün, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Bu gün, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Bu gün, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Bu gün, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Bu gün, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Bu gün, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Bu gün, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Bu gün, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Bu gün, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Bu gün, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Bu gün, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Bu gün, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Bu gün, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Bu gün, 12:48 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır Bu gün, 12:48 Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var Bu gün, 12:48 Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq Bu gün, 12:48 Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48 Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib Bu gün, 11:48 FAKTİKİ HAVA: Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb Bu gün, 11:48 Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb? Bu gün, 11:48 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı Bu gün, 11:48 Tanınmış aktrisanın yeni serialı bəlli oldu Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb Bu gün, 11:48 Qubada QƏZA: Ölən və yaralananlar var Bu gün, 10:48 Güclü külək, sel və ildırım gözlənilir - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 10:48 Zaqatalada qarışıq mallar mağazası yandı Bu gün, 10:48 Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO Bu gün, 09:48 "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq Bu gün, 09:48 SEPAH ABŞ-yə bağlı altı gəmini vurub Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR